Ana Sayfa > Dünya > Türkiyə hərbçisi terrorçularla atışmada şəhid olub

Türkiyə hərbçisi terrorçularla atışmada şəhid olub


14-10-2022, 11:00. Yazar: sevinc1
Türkiyə hərbçisi terrorçularla atışmada şəhid olub

Türkiyənin Jandarma Qüvvələrinin çavuşu Kürşat Sert Van əyalətinin Çatak rayonunda terrorçularla atışmada şəhid olub.

aia.az “Haberturk”ə istinadən xəbər verir ki, bu barədə Van valiliyindən bildirilib.

Jandarma Qüvvələri bölgədə antiterror əməliyyatı keçirir. Bu zaman ərazidə gizlənmiş terrorçular hərbçilərə atəş açıblar. Nəticədə K.Sert şəhid olub.

Bölgədə antiterror əməliyyatı davam edir.

aia.az
Geri dön