Ana Sayfa > Seçki 2024 > ULU ÖNDƏR HEYDƏR ƏLIYEV MƏKTƏKININ LAYİQLİ DAVAMÇISI CƏNAB PREZIDENT İLHAM ƏLIYEVİN BOLQARISTANA SƏFƏRİ - ŞƏRH

ULU ÖNDƏR HEYDƏR ƏLIYEV MƏKTƏKININ LAYİQLİ DAVAMÇISI CƏNAB PREZIDENT İLHAM ƏLIYEVİN BOLQARISTANA SƏFƏRİ - ŞƏRH


14-10-2022, 09:01. Yazar: sevinc1
ULU ÖNDƏR HEYDƏR ƏLIYEV MƏKTƏKININ LAYİQLİ DAVAMÇISI CƏNAB PREZIDENT İLHAM ƏLIYEVİN BOLQARISTANA SƏFƏRİ - ŞƏRH

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Bolqarıstan Respublikasına rəsmi səfərə gedib.
Bu gün Azərbaycan beynəlxalq müstəvidə nüfuzunu və etibarlı tərəfdaş imicini gücləndirməkdədir. Azərbaycan, həmçinin, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bu baxımdan, Prezident İlham Əliyevin Bolqarıstana səfəri və paytaxt Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində iştirakı mühüm əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyevin Bolqarstana səfəri tarixi əhəmiyyətə malikdir. 
səfər çərçivəsində keçirilən görüşlər və aparılan müzakirələr bir daha onu göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqımızın milli maraqlarına uyğun müstəqil siyasət yürütməklə, eyni zamanda, ölkəmizin inkişafı və tərəqqisi naminə çox mühüm addımlar atır.
"Nəzərə alsaq ki, Bolqarstan Avropa İttifaqına və NATO-ya üzv ölkədir, bir daha rəsmi Bakı ilə Sofiya arasında münasibətlərin nə qədər böyük əhəmiyyətə malik olduğunu vurğulamaq yerinə düşərdi. 2015-ci ildə cənab Prezident İlham Əliyevin Bolqarıstana səfəri zamanı Avropa İttifaqına üzv olan Bolaqrstanla imzalanmış "Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında" Birgə Bəyannamə çox böyük əhəmiyyətə malikdir.
Azərbaycan və Bolqarıstan iki dost və strateji tərəfdaş ölkələrdir və bir-biriləri ilə daha sıx əməkdaşlıq etmək niyyətindədirlər. Cənab Prezident İlham Əliyevin Bolqarıstana budəfəki səfəri bu niyyəti özündə əks etdirir. Vurğulamaq lazımdır ki, ilk növbədə, iki ölkə arasında siyasi əlaqələr inkişaf etməkdədir. Liderlər, rəsmilər arasında görüşlər, xüsusilə, enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq təkcə Azərbaycan-Bolqarıstan münasibətlərini inkişaf etdirmir, eyni zamanda, Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərini də yüksələn dinamika üzrə inkişaf etdirməkdədir.
Qeyd etmək lazımdır ki, indiki həssas dövrdə Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm addımlar atır. Xüsusilə, vurğulamaq lazımdır ki, artıq Azərbaycan Avropanın enerji xəritəsinin yenidən çizilmasinda mühüm rol oynayır. Uzun illər əvvəl əsası qoyulmuş TAP və TANAP lahiyələrinin işə düşməsi bir daha ölkə başçısının enerji siyasəti sahəsində uğurlu və uzaqgörən siyasətinin məntiqi nəticəsidir ki, bu gün bu layihələr Avropanın yeni enerji xəritəsinin çəkilməsində mühüm rola malikdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasına rəsmi səfəri oktyabrın 1-də başa çatıb.
Yaşasın Müstəqil Azərbaycan dövləti!
Yaşasın Xilaskar Ali baş komandan İlham Əliyev!
Ümummilli Lider Heydər Əliyevin ruhu şad olsun!
Yaşasın Müzəffər Ordumuz!
Yaşasın Qalib Xalqımız!
Qarabağ bizimdir. Qarabağ Azərbaycandır!

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika institutunun əməkdaşı ,
Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun yaradıcısı,
YAP-Yasamal rayon Təşkilatının fəal üzvü

Geri dön