Ana Sayfa > Media > Göygöl rayonunda Vətən müharibəsi şəhidi Samir Məmmədovun anım günündə xatirəsi ehtiramla yad olunub
Göygöl rayonunda Vətən müharibəsi şəhidi Samir Məmmədovun anım günündə xatirəsi ehtiramla yad olunub13-10-2022, 16:02. Yazar: sevinc1 |
AİA.Az xəbər verir ki, Göygöl rayon İcra Hakimiyyətinin başçısı cənab Elvin Paşayev, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Hüquq mühafizə orqanlarının rəhbərləri, İcra Hakimiyyətinin əməkdaşları, gənclər, qazilər və şəhidin ailə üzvləri Vətən müharibəsində xüsusi qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucalmış Samir Məmmədovun Göygöl şəhər Şəhidlər Xiyabanındakı məzarını ziyarət etmişlər. Ziyarət zamanı şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, müqəddəs ruhuna dualar oxunmuşdur. Sonra şəhidin ailə üzvləri ilə görüşüb, onların qayğıları ilə maraqlanılıb. Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısından danışaraq şəhidlərimizin daim hörmətlə və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu söyləmişdir. Söhbət zamanı şəhidin ailə üzvləri onlara göstərilən xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Geri dön |