Ana Sayfa > Seçki 2024 > 1998-CI IL OKTYABRIN 11-DƏ AZƏRBAYCANDA KEÇIRILƏN PREZIDENT SEÇKILƏRINDƏ ULU ÖNDƏR HEYDƏR ƏLIYEVIN PARLAQ QƏLƏBƏ QAZANMASINDAN 24 IL ÖTÜR.

1998-CI IL OKTYABRIN 11-DƏ AZƏRBAYCANDA KEÇIRILƏN PREZIDENT SEÇKILƏRINDƏ ULU ÖNDƏR HEYDƏR ƏLIYEVIN PARLAQ QƏLƏBƏ QAZANMASINDAN 24 IL ÖTÜR.


13-10-2022, 08:24. Yazar: sevinc1
1998-CI IL OKTYABRIN 11-DƏ AZƏRBAYCANDA KEÇIRILƏN PREZIDENT SEÇKILƏRINDƏ ULU ÖNDƏR HEYDƏR ƏLIYEVIN PARLAQ QƏLƏBƏ QAZANMASINDAN 24 IL ÖTÜR.

1998-ci il oktyabrın 11-də Azərbaycanda keçirilən prezident seçkilərində ulu öndər Heydər Əliyevin parlaq qələbə qazanmasından 24 il ötür.
Azərbaycan xalqının Heydər Əliyevə ikinci dəfə böyük etimad göstərməsi səbəbsiz deyildi. Əgər 1993-cü ilin prezident seçkiləri Azərbaycan dövlətçiliyinin ciddi sınaq mərhələsi idisə, 1998-ci il seçkiləri isə artıq Heydər Əliyevin liderliyi ilə formalaşan müstəqil dövlətimizin gələcək inkişafının yeni mərhələsi sayılırdı. Bu seçimi əsaslandırmaq üçün xalqın çoxsaylı arqumenti var idi. Çünki o dövrün sınaqları “Xalq - Heydər, Heydər - Xalq” ifadəsini Ulu Öndərlə xalq birliyinin möhtəşəm formuluna çevirmişdi. Əslində bütün dünyaya da məlum idi ki, 1993-cü ilin yayında Azərbaycan xalqını qardaş qırğınından, dövləti isə məhv olmaqdan xilas etmiş Heydər Əliyev növbəti dəfə Prezident seçiləcək. Eyni zamanda, özünü Heydər Əliyevə siyasi rəqib kimi göstərmək istəyən müxalifət düşərgəsinin təmsilçiləri də növbəti seçkidə də məğlub olacaqlarını anlayırdılar. Belə də oldu!
Ümumiyyətlə, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan bir çox təhlükələr qarşısında qalanda məhz Heydər Əliyevin rəhbərliyə qayıdışı ölkədə köklü dəyişikliklərin baş verməsinə səbəb olmuşdu. Ulu öndər Heydər Əliyev Azərbaycanın çətin və mürəkkəb dövründə xalqın istəyi ilə yenidən ölkə rəhbərliyinə qayıtdı və hakimiyyətin düzgün strategiyasını müəyyənləşdirdi. Heydər Əliyev rəhbərlik etdiyi dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxardı. Heydər Əliyevin ikinci dəfə seçkilərdə bu qədər böyük üstünlüklə qələbə qazanması qədirbilən xalqımızın Ümummilli Liderə, onun möhkəm siyasi iradəsinə və yüksək nüfuzuna, idarəçilik istedadına olan dərin inamından qaynaqlanırdı.
Azərbaycanın inkişafının sonrakı mərhələləri göstərir ki, ölkəmizi dünyanın vacib aktorları sırasına ümummilli liderimiz Heydər Əliyevin şəxsi nüfuzu sayəsində qazanılan uğurlar çıxarıb. Heydər Əliyev yaxşı bilirdi ki, güclü, nizami ordu yaratmadan Ermənistanın torpaqlarımıza təcavüzünün qarşısını almaq mümkün olmayacaq. Odur ki, hakimiyyətə qayıdışından dərhal sonra bu məsələyə əsas prioritet kimi yanaşmağa başladı. Ulu öndər Heydər Əliyev andiçmə mərasimindəki çıxışında bu barədə vurğulayıb: “Azərbaycan Respublikası bir müstəqil dövlət kimi özünü müdafiə etməyə qadir orduya malik olmalıdır. Təəssüf ki, müstəqillik əldə ediləndən sonra keçən dövrdə bu sahədə az iş görülübdür. Lazım gələrsə, sülh yolunda addımlarımız nəticə verməsə, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün, respublikanı müdafiə etmək üçün qüdrətli bir ordunun yaradılması bizim əsas vəzifəmizdir”.  Heydər Əliyev nitqində qətiyyətlə bəyan etdi ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. Azərbaycan xalqı öz gücünü birləşdirəcək, müasir ordusunu yaradacaq və müstəqil dövlətini, öz ərazisini bundan sonra göz bəbəyi kimi qoruyacaq. 1994-cü ilin may ayında  Ermənistan-Azərbaycan münaqişəsində atəşkəsin əldə edilməsi ordu quruculuğunda köklü islahatların aparılması üçün əlverişli imkan yaratdı. Çox keçmədən ölkəmizdə ordu quruculuğu sahəsində ciddi addımlar atıldı. Vahid komandanlığa tabe olan nizami ordu yaradıldı, Silahlı Qüvvələrimizin maddi-texniki bazası gücləndirildi, ordumuz müasir silah və sursatla təmin olundu. 2020-ci ildə baş vermiş Vətən müharibəsi göstərdi ki, əsası Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti düzgün və məharətlə həyata keçirilib. Bütün komponentlərdə üstün olan Silahlı Qüvvələrimiz düşməni torpaqlarımızdan qovdu və dünyaya Azərbaycan Ordusunun qüdrətini nümayiş etdirdi.
Ulu öndər Heydər Əliyev zamanın çağırışına cavab verən, zamanı qabaqlayan dahi şəxsiyyət idi. Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar lider, xalq məhəbbətini qazanan Ulu Öndər kimi qalıb. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda Ulu Öndərin xidmətləri misilsizdir. Onun əziz xatirəsi hər bir azərbaycanlının, hər bir soydaşımızın qəlbində əbədi yaşayır və yaşayacaq. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev siyasəti uğurla davam etdirilir və bu siyasət hər zaman Azərbaycanın uğurlarının fövqündə dayanacaq!
Yaşasın Müstəqil Azərbaycan dövləti!
Yaşasın Xilaskar Ali baş komandan İlham Əliyev!
Ümummilli Lider Heydər Əliyevin ruhu şad olsun!
Yaşasın Müzəffər Ordumuz!
Yaşasın Qalib Xalqımız!
Qarabağ bizimdir. Qarabağ Azərbaycandır!

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika institutunun əməkdaşı ,
Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun yaradıcısı,
YAP Yasamal Rayonunun fəal üzvü

Geri dön