Ana Sayfa > Ölkə > Ruhəngiz Qasımovanın qızı:
Ruhəngiz Qasımovanın qızı:12-10-2022, 14:43. Yazar: sevinc1 |
“Ruhəngiz Qasımova bacısı qızının doğum gününə gələcəkdi”. Bu sözləri Oxu.Az-a açıqlamasında mərhum bəstəkar Ruhəngiz Qasımovanın qızı Canana Süleymanlı deyib. Onun sözlərinə görə, sentyabrın 26-da mərhum bəstəkar Bakıya gələcəkmiş: “Avqustun 14-ü Honkonqa getdik. 1 ay yaxşı vaxt keçirdik. Sentyabrın 26-da Bakıya gəlməli idik. Anamın halı pisləşdi. Son sözü o oldu ki, uşaqlar üçün bozbaş bişirməyi yaddan çıxarma. Böyrəkləri işləmirdi”. C.Süleymanlı qeyd edib ki, Ruhəngiz xanım yoldaşının yoxluğuna dözə bilmirmiş: “Anam atamın rəhmətə getməsindən sonra yaşamaq istəmirdi. Güclü adam idi. Dəfn yerini biz müəyyən etdik”. aia.az Geri dön |