Ana Sayfa > Seçki 2024 > PRAQA GÖRÜŞÜ CƏNAB PREZIDENT ILHAM ƏLIYEVIN NÖVBƏTI DIPLOMATIK UĞURUDUR –ŞƏRH

PRAQA GÖRÜŞÜ CƏNAB PREZIDENT ILHAM ƏLIYEVIN NÖVBƏTI DIPLOMATIK UĞURUDUR –ŞƏRH


12-10-2022, 11:13. Yazar: sevinc1
PRAQA GÖRÜŞÜ CƏNAB PREZIDENT ILHAM ƏLIYEVIN NÖVBƏTI DIPLOMATIK UĞURUDUR –ŞƏRH

Cənab Prezident İlham Əliyevin 6 oktyabr tarixində Praqada Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə dördtərəfli görüşü zamanı önəmli məsələlər müzakirə olunub. Görüşlərin əsas məqsədi tezliklə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanması olub. Artıq sülhə yavaş-yavaş yaxınlaşırıq. Verdiyi hər bir sözünün sahibi olan, xalqına verdiyi bütün vədləri layiqincə yerinə yetirən Prezident İlham Əliyev ölkəmizin ərazi bütövlüyü məsələsində bir addım da olsun geri çəkilmədi. Güclü diplomat və mahir sərkərdə kimi ölkəmizin ərazi bötövlüyünü əsl Vətən oğlu kimi qorudu, bütün cəbhələrdən qalib əsgər kimi çıxdı.Prezident İlham Əliyev Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində aparılan danışıqlarda şəxsən özünün müəllifi olduğu reallıqlardan çıxış edərək ölkəmizin maraqlarını ləyaqətlə qoruyur. Bütün danışıqların nəticələrinə nəzər yetirsək, görərik ki, Azərbaycan Prezidentinin polad iradəsi, qətiyyəti, prinsipiallığı sayəsində diplomatik uğurlarımız biri-birinin ardınca gəlir. Praqada baş tutan dördtərəfli danışıqların yekununda qəbul olunan bəyanat ölkəmizin növbəti diplomatik qələbəsidir.

Avropa İttifaqı ilə əməkdaşlığın mühüm və önəmli istiqamətlərindən biri siyasi dialoqdur. Bu dialoq Azərbaycanla Ermənistan arasında sülhün yaranması istiqamətində çox töhfə verir. Avropa İttifaqı ilə Azərbaycan arasında hazırda yeni saziş üzərində iş aparılır. Artqıq sazişin böyük əksəriyyəti razılaşdırılmışdır və qalan məsələlər o qədər də böyük prinsipial xarakter daşımır.

Azərbaycanın Avropa İttifaqı ilə enerji, nəqliyyat, ticarət sahəsində çox fəal əməkdaşlıq mövcuddur. Dünyada mövcud geosiyasi vəziyyət bizim resurslarımıza tələbatı kəskin artırıb. Ötən il qaz ixracatımız əvvəlki ilə nisbətən 40 faiz artıb. Bu il təxminən daha 30-40 faiz artacaqdır. Azərbaycanın həm qazı, həm nefti, eyni zamanda elektrik enerjisi də Avropa qitəsinə ixrac ediləcəkdir. Avropa İttifaqı ilə nəqliyyat sahəsində əməkdaşlıq Azərbaycan üçün əhəmiyyət kəsb edir. Nəqliyyat sahəsində əməkdaşlıq üçün yeni imkanlar yaradılıb. Azərbaycanın coğrafi vəziyyəti və müasir nəqliyyat infrastrukturu Avropa üçün çox önəmlidir. Avropa İttifaqı ölkələri bizim əsas ticarət tərəfdaşlarımızdır. Azərbaycanın geosiyasi məkanda artan rolu iqtisadi sahədə də, sərmayə qoyuluşu sahəsində də özünü göstərir.
Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşünün sonunda ölkəmizin maraqlarını təmin edən birgə bəyanat qəbul edilib. Praqa görüşünün nəticələrini Azərbaycanın növbəti diplomatik qələbəsidir. Möhtərəm Prezident cənab İlham Əliyevin bu görüşə qədər əldə etdiyi diplomatik uğurlarının nəticəsi olaraq bir sıra mühüm məsələlərdə razılaşmalar baş tutdu.
Praqa görüşü cənab Prezident İlham Əliyevin timsalında Azərbaycanın müstəqil və qətiyyətli siyasət yürütdüyünü bir daha nümayiş etdirməklə yanaşı Ermənistanın suveren dövlət olmadığını bir daha təsdiqlədi.

Yaşasın Müstəqil Azərbaycan dövləti!
Yaşasın Xilaskar Ali baş komandan İlham Əliyev!
Ümummilli Lider Heydər Əliyevin ruhu şad olsun!
Yaşasın Müzəffər Ordumuz!
Yaşasın Qalib Xalqımız!
Qarabağ bizimdir. Qarabağ Azərbaycandır!

Bayram Xudayarov
AMEA Fizika institutunun əməkdaşı ,
Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun yaradıcısı,
YAP Yasamal Rayon təşkilatının ın fəal üzvü


Geri dön