Ana Sayfa > Seçki 2024 > Gədəbəy rayonunda Şəhid məzarı ziyarət olunub

Gədəbəy rayonunda Şəhid məzarı ziyarət olunub


11-10-2022, 17:17. Yazar: sevinc1
Gədəbəy rayonunda Şəhid məzarı ziyarət olunub

AİA.Az xəbər verir ki, bu gün-11.10.2022-ci il tarixdə 44 günlük Vətən müharibəsində Şəhid olan Gədəbəy rayonunun Fərzalı kənd sakini Teymurlu Orxan Şaiq oğlunun ikinci ildönümü münasibətilə YAP Gədəbəy rayon təşkilatının sədr müavini, Gədəbəy rayon İH Başçısı aparatının məsul işçiləri,hüquq-mühafizə orqanları və kənd camaatının iştirakı ilə məzarı ziyarət olundu, ruhuna dualar oxundu, əziz xatirəsi böyük ehtiramla yad edildi.

Şəhid atası dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə,Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirdi.

Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!
Geri dön