Ana Sayfa > Ölkə > YAP Laçın rayon təşkilatının qərargahında Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu ilə əlaqədar konfrans keçirilib
YAP Laçın rayon təşkilatının qərargahında Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu ilə əlaqədar konfrans keçirilib11-10-2022, 16:58. Yazar: sevinc1 |
AİA.Az tədbirdə ərazi partiya təşkilatlarının sədr və sədr müavinləri, idarə, müəssisə rəhbərləri və partiya fəalları iştirak etmişdir. Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Görüşdə çıxış edən YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov bildirib ki, ölkəmizdə ilk dəfə olaraq Ağdamda keçirilən Foruma dünyanın 44 ölkəsindən olmaqla 130-dan çox təcrübəli mütəxəssisləri toplaşmışdı. Belə geniş tərkibli platforma bir çox nöqteyi-nəzərdən önemli idi. Beləki postmüharibə dövründə dağıdılmış şəhərlərin yenidən bərpası, dayanıqlı inkişafın təmin edilməsi və geniş əməkdaşlıq üçün bir fürsət rolunu oynayan tədbir Ağdamın tarixində hələ uzun illər iz buraxacaq. Tədbiri bizim üçün önəmli edən nüanslardan biri də BMT-nin struktur rəhbərinin tədbirdə işirak etməsi və erməni vəhşiliyini öz gözü ilə görməsi oldu. Bu da dünya erməniliyinə vurulmuş ciddi diplomatik-siyasi zərbələrdən biri idi. Ümumilikdə Azərbaycan bir çox beynəlxalq tədbirlərə, Forumlara dəfələrlə ev sahibliyi edib. Amma bu tamam fəqli bir platforma idi. Şəhərsalma sahəsində müxtəlif biliklərə sahib mütəxəssislərin təcrübəsi baxımından tədbirin məhz Ağdamda, erməni vandalları tərəfindən dağıdılmış şəhərdə keçirilməsi müstəsna əhəmiyyətə malik idi. İ. İlyasov bildirib ki, cənab prezident İlham Əliyevin formda çıxışı tarixi əhəmiyyətə malikdir. Möhtərəm prezidentin qeyd etdiyi "İşğaldan azad edilmiş ərazilərə gələn hər kəs Ermənistanın işğalı və təcavüzünün nəticələrini görür" tezisi dünyaya erməni vandalizmi haqqında bir mesaj idi. Çıxışçılar Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən aparılan islahatlardan, uğurlu siyasətdən söz açıb, Qarabağ və Şərqi Zəngəzurda gedən quruculuq işləri haqqında fikirlərini bölüşüblər. Geri dön |