Ana Sayfa > Seçki 2024 > Qazaxda Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyinə həsr olunmuş idman və bilik yarışlarında iştirak edəcək gənclərlə görüş keçirildi

Qazaxda Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyinə həsr olunmuş idman və bilik yarışlarında iştirak edəcək gənclərlə görüş keçirildi


11-10-2022, 16:45. Yazar: sevinc1
Qazaxda Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyinə həsr olunmuş idman və bilik yarışlarında iştirak edəcək gənclərlə görüş keçirildi

AİA.Az xəbər verir ki ,11 oktyabr 2022-ci il tarixdə Qazaxda Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışması, mini-futbol, sərbəst güləş, yunan –roma güləşi və şahmat üzrə Respublika turnirlərində iştirak edəcək komandaların üzvlərinin iştirakı ilə tədbir keçirildi.

YAP Qazax rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə ilk öncə müstəqil Azərbaycan dövlətinin, Yeni Azərbaycan Partiyasının yaradıcısı və qurucusu Ulu Öndər Heydər Əliyevin, eləcə də torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyümüzün təmin olunmasında canlarından keçmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Tədbiri giriş sözü ilə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev açaraq bu mötəbər tədbirin əhəmiyyəti, məqsədi və məramı barədə ətraflı danışdı, gənclərə müvafiq tapşırıq və tövsiyyələrini verdi, komanda üzvlərinə uğurlar arzuladı.
Tədbirdə iştirak edən gənclər məsuliyyətlərini yaxşı başa düşdüklərini bildirdilər və yarışlarda rayon təşkilatını layiqincə təmsil edəcəklərinə söz verdilər.
Geri dön