Ana Sayfa > Media > İşğaldan azad edilmiş ərazilərə gələn hər kəs Ermənistanın işğalı və təcavüzünün nəticələrini görür.
İşğaldan azad edilmiş ərazilərə gələn hər kəs Ermənistanın işğalı və təcavüzünün nəticələrini görür.11-10-2022, 16:41. Yazar: sevinc1 |
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 5 oktyabr Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində iştirak ediblər. "Millətimiz ciddi humanitar böhrandan əziyyət çəkib. Çünki Ermənistanın təcavüzü və işğalı nəticəsində Qarabağ, Zəngəzur, həmçinin bugünkü Ermənistanda 1 milyondan çox azərbaycanlı öz doğma torpaqlarından tamamilə etnik təmizləməyə məruz qalıb. İşğaldan azad edilmiş ərazilərə gələn hər kəs Ermənistanın işğalı və təcavüzünün nəticələrini görür. Ağdama gələn xarici ekspertlərin, jurnalistlərin buranı “urbisid qurbanı”, “ruhlar şəhəri”, “Qafqazın Xirosiması” adlandırması heç də təəccüblü deyil. İkinci Qarabağ müharibəsi başa çatandan bəri minlərlə əcnəbi qonaq, jurnalist, siyasətçi, vətəndaş cəmiyyəti nümayəndələri buraya gələrək bunu öz gözləri ilə görüblər. Erməni barbarlığı və vandalizminin miqyası faktiki olaraq o qədər böyükdür ki, Azərbaycanın bu hissəsinə gələn bir çox insanlar özlərini mənəvi cəhətdən tamamilə tükənmiş hiss edirlər. Siz bizim, azərbaycanlıların, xüsusilə Ağdam, Füzuli, Azərbaycanın işğal altında olmuş digər ərazilərində yaşamış insanların buraya gələndə nə hiss etdiklərini təsəvvürünüzə gətirə bilərsiniz. Onlar hətta evlərinin yerləşdiyi yeri belə tapa bilmirlər, çünki hər şey tamamilə dağıdılıb". 44 günlük Vətən müharibəsində ölkəmizin qazandığı şanlı qələbə ilə Ermənistanın işğal siyasətinə son qoyuldu. Azərbaycan özünün dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü təmin etdi. Prezident İlham Əliyev, Qarabağın Azərbaycan olduğunu və Azərbaycanın daxili işləri ilə bağlı məsələləri heç vaxt, heç bir beynəlxalq qurum və ölkə ilə müzakirə etmədiyini qətiyyətlə bəyan etdi. Eyni zamanda Azərbaycan Lideri Ermənistanın sülh prosesinə mane olmasından və bunun üçün müxtəlif bəhanələrə və taktikalara əl atmasından danışdı. Daha sonra Azərbaycan Prezidenti cənab İlham Əliyev artıq Böyük Qayıdış proqramının başladığını bildirərək, məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıtması ilə bağlı verdiyi sözə əməl etdiyi üçün fəxr etdiyini qürur hissi ilə qeyd etdi. Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatı 50 saylı Ərazi Partiya Təşkilatının sədri İlham Aydın oğlu Şahverdiyev. Geri dön |