Ana Sayfa > Seçki 2024 > YAP-ın təsis edilməsinin 30 illiyi ilə bağlı YAP Daşkəsən rayon təşkilatının ərazi partiya təşkilatlarında yığıncaqlar davam edir.

YAP-ın təsis edilməsinin 30 illiyi ilə bağlı YAP Daşkəsən rayon təşkilatının ərazi partiya təşkilatlarında yığıncaqlar davam edir.


10-10-2022, 16:55. Yazar: sevinc1
YAP-ın təsis edilməsinin 30 illiyi ilə bağlı YAP Daşkəsən rayon təşkilatının ərazi partiya təşkilatlarında yığıncaqlar davam edir.

AİA.Az xəbər verir ki, bu gün, 10 oktyabr 2022-ci il il tarixdə Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzi, Kəmərqaya, Quşçu, Əhmədli və Çovdar kənd ərazi partiya təşkilatlarında Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyi ilə bağlı yığıncaqlar keçirildi.
​ ​ ​ ​ ​ ​ ​
Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Yığıncaqlarda iştirak edən YAP rayon təşkilatının sədr müavini Elşən Alıyev, aparatın məsul işçiləri Sərdar Xıdırov ,Elvin Əliyev​ və digər çıxış edənlər Yeni Azərbaycan Partiyasının​ keçdiyi inkişaf yolundan, Ulu Öndər Heydər Əliyevin ömrünü xalqına və ölkəsinə xidmətə həsr etməsindən və Yeni Azərbaycan Partiyasının sədri, ölkə Prezidenti Cənab İlham Əliyevin​ liderliyi ilə Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsindən, bütün parametrlər üzrə böyük inkişafa nail olmasından geniş söhbət açdılar.
​ ​ ​ ​ ​ ​
Yığıncaqlarda bir qrup gənc partiya sıralarına qəbul olunmaq üçün ərizə ilə müraciət etdi.
Geri dön