Ana Sayfa > Parlament > Təyyarəyə gecikən kişi arvadını boğdu
Təyyarəyə gecikən kişi arvadını boğdu2-06-2016, 17:40. Yazar: admin |
İspaniyanın Sevilya şəhərinin hava limanında 34 yaşlı rumıniyalı sirk ustası həyat yoldaşını boğaraq öldürüb. Aia.az modern.az-a istinadən bildirir ki, ilkin ehtimala görə, buna səbəb sevgililər arasında mübahisə İtaliyaya uçan təyyarəyə gecikmələri olub. Mübahisənin hava limanının avtomobil dayanacağında qızışdığı bildirilir. Milliyyətcə rumın olan 32 yaşlı qadının meyidi də elə orada aşkarlanıb. Cinayəti törətməkdə şübhəli bilinən kişi polisə özü təslim olub. 2015-ci il oktyabrın 18-də İstanbulda təyyarəyə gecikən britaniyalı qadın özünü öldürmüşdü Geri dön |