Ana Sayfa > Ölkə > Keçmiş məhkum saxlama məntəqəsində öldü

Keçmiş məhkum saxlama məntəqəsində öldü


10-10-2022, 12:49. Yazar: sevinc1
Keçmiş məhkum saxlama məntəqəsində öldü

Paytaxtın Nərimanov Rayon Polis İdarəsinin inzibati saxlama məntəqəsində ölüm hadisəsi baş verib.

Daxili İşlər nazirliyinin Mətbuat Xidmətindən aia.az-a verilən məlumata görə, məhkəmə qərarı ilə barəsində 30 sutka inzabati həbs tənbeh tədbiri tətbiq olunan, əvvəllər Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq), 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri 4 dəfə məhkum olunan, narkotik aludəçisi 1975-ci il təvəllüdlü Elşad Seyidovun qəfil halı pisləşdiyi üçün polis əməkdaşları tərəfindən təcili tibbi yardım çağırılıb. Tibbi səylərə baxmayaraq, o ölüb.

Ölüm faktı ilə əlaqədar məhkəmə-tibb ekspertizası təyin edilib, ekspertlər, prokurorluq əməkdaşları meyitə baxış keçirib. İlkin xarici müayinə zamanı meyit üzərində hər hansı xəsarət aşkar edilməyib.

Araşdırma aparılır.

aia.az
Geri dön