Ana Sayfa > Seçki 2024 > Kəlbəcər və Daşkəsəndə yeni minalar aşkarlandı

Kəlbəcər və Daşkəsəndə yeni minalar aşkarlandı


10-10-2022, 11:44. Yazar: sevinc1
Kəlbəcər və Daşkəsəndə yeni minalar aşkarlandı

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri azad edilmiş ərazilərimizin və təminat yollarının minalardan təmizlənməsi istiqamətində fəaliyyətlərini davam etdirir.

MN-dən aia.az-a verilən məlumata görə, aparılan minatəmizləmə fəaliyyəti nəticəsində oktyabrın 8-dən bu günədək Kəlbəcər və Daşkəsən rayonları ərazisində yeni aşkar olunan 63 ədəd piyada əleyhinə PMN-Э, 89 ədəd piyada əleyhinə PMN-2 və 1 ədəd OZM-72E tipli piyada əleyhinə qəlpəli mina təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Azad edilmiş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.

aia.az
Geri dön