Ana Sayfa > İdman > Sumqayıt idmançıları erməni rəqiblərini 10 -15 saniyəyə məğlub etdilər
Sumqayıt idmançıları erməni rəqiblərini 10 -15 saniyəyə məğlub etdilər2-06-2016, 17:31. Yazar: admin |
Mehman Əlirzayevin 6 tələbəsi 7 dövlət arasında 9 qızıl, 6 gümüş və 2 bürünc medal qazanıblar. Mayın 29-da Gürcüstanın Tiflis şəhərində keçirilən “ World Shotokan Karate Do Federation” 3-cü Qafqaz Beynəlxalq Açıq Çempionat karate yarışmasında ölkəmizin idmançıları növbəti uğura imza atıblar. Aia.az-in məlumatına görə, yarışmada Azərbaycan idmançıları ilə yanaşı, Serbia, İran, Gürcüstan, Ermənistan, İsrail və Türkiyə karateçiləri iştirak edib. Sumqayıt şəhəri Beynəlxalq “Shotokan Karate – Do” klubunun prezidenti, lV Dan Qara kəmər sahibi Mehman Əlirzayevin 6 tələbəsi 7 dövlət arasında Azərbaycan adına 9 qızıl, 6 gümüş və 2 bürünc medal qazanıblar. Mehman Əlirzayevin tələbələri: Əlirzayeva Zeynəb, Babayev Kənan, Əlirzayeva Ayşə, Abdullayev Ruslan Ağalarbəliyev Rəşad və Əlirzayev İlyas 10 -15 saniyə ərzində erməni rəqiblərinə qalib gəldilər. Geri dön |