Ana Sayfa > İdman > AVRO-2024: Azərbaycan millisinin seçmə mərhələdəki rəqibləri bəlli olur
AVRO-2024: Azərbaycan millisinin seçmə mərhələdəki rəqibləri bəlli olur9-10-2022, 09:45. Yazar: admen |
Bu gün Almaniyanın Frankfurt şəhərində 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək. AIA.Az bildirir ki. "Festhalle" sərgi mərkəzində təşkil olunacaq tədbirdə Azərbaycan milli komandasının da rəqibləri müəyyənləşəcək. Mərasim Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. UEFA Millətlər Liqasının 2022/2023 mövsümünün qrup mərhələsinin yekununa əsasən tərtib edilmiş reytinq cədvəlinə uyğun olaraq, Azərbaycan yığması 4-cü səbətdə yer alıb. Püşkə əsasən, ölkələr 10 qrupa bölünəcək. 3 qrupda 6, digər 7 qrupda isə 5 komanda mübarizə aparacaq. Millətlər Liqası səbətində olan 4 yığma 5 komandalı qruplarda yer alacaq və VI səbətdəki ölkələr onlara rəqib olmayacaq. Qruplarda ilk iki pilləni tutan milli komandalar birbaşa AVRO-2024-ün final mərhələsinə vəsiqə əldə edəcək. Qalan 3 vəsiqə isə seçmə mərhələdə öz qrupunda ilk iki pilləni tuta bilməyən, Millətlər Liqasında pley-off mərhələsinə vəsiqə qazanan 12 komanda arasında keçiriləcək oyunlarından sonra bəlli olacaq. UEFA Millətlər Liqası səbəti: Niderland, Xorvatiya, İspaniya, İtaliya; 1-ci səbət: Danimarka, Portuqaliya, Belçika, Macarıstan, İsveçrə, Polşa; Ətraflı 2-ci səbət: Fransa, Avstriya, Çexiya, İngiltərə, Uels, İsrail, Bosniya və Herseqovina, Serbiya, Şotlandiya, Finlandiya; 3-cü səbət: Ukrayna, İslandiya, Norveç, Sloveniya, İrlandiya, Albaniya, Monteneqro, Rumıniya, İsveç, Ermənistan; 4-cü səbət: Gürcüstan, Yunanıstan, Türkiyə, Qazaxıstan, Lüksemburq, Azərbaycan, Kosovo, Bolqarıstan, Farer adaları, Şimali Makedoniya; 5-ci səbət: Slovakiya, Şimali İrlandiya, Kipr, Belarus, Litva, Cəbəllütariq, Estoniya, Latviya, Moldova, Malta; 6-cı səbət: Andorra, San Marino, Lixtenşteyn. Qeyd edək ki, Almaniya ev sahibi kimi birbaşa final mərhələsinə vəsiqə qazanıb. Bundestim A qrupunda yer alan bütün komandalarla təqvimə uyğun olaraq ev-səfər prinsipi əsasında qarşılaşacaq. Rusiya isə diskvalifikasiya səbəbindən seçmə və əsas mərhələdən kənarda qalacaq. Geri dön |