Ana Sayfa > Qərbi Azərbaycan > Gəncədə 6 məktəbli zəhərləndi
Gəncədə 6 məktəbli zəhərləndi7-10-2022, 15:06. Yazar: sevinc1 |
Oktyabrın 7-də saat 11:30 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə zəhərlənmə ilə 6 yeniyetmə daxil olub. aia.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verib. İlkin tibbi yardım göstərildikdən sonra onlardan 4-ü ambulator müalicə üçün evə buraxılıb. Hazırda iki nəfərin müalicəsinə tibb müəssisəsinin İntensiv terapiya şöbəsində davam edilir, vəziyyətləri orta stabildir. Qeyd edək ki, zəhərlənənlər Gəncə şəhər 3 nömrəli tam orta məktəbin şagirdləridir. aia.az Geri dön |