Ana Sayfa > Siyasət / Aia TV / Karusel > Hüquq müdafiəçiləri Azərbaycanda saxlanılan erməni hərbçi ilə görüşüblər
Hüquq müdafiəçiləri Azərbaycanda saxlanılan erməni hərbçi ilə görüşüblər25-08-2015, 14:52. Yazar: admin |
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov Azərbaycana könüllü təslim olmuş erməni hərbçi Andranik Araratoviç Qriqoryanla görüşüblər. Aia.az xəbər verir ki,bu barədə APA-ya məlumat verən E. Behbudov deyib ki, A. Qriqoryanın saxlanma şəraitindən və ona qarşı münasibətdən şikayəti yoxdur: “Onunla görüşüb söhbət etdik. Saxlanma şəraitindən, ona qarşı münasibətdən hər hansı narazılığı olub-olmamasını soruşdum. Heç bir şikayəti yoxdur, razılığını bildirdi” . E. Behbudov qeyd edib ki, görüşdə məqsəd A. Qriqoryanın saxlanma şəraiti ilə maraqlanmaq olub. Qeyd edək ki, martın 22-də Ermənistan Silahlı Qüvvələrinin hərbçisi, 1991-ci ildə Xocavənd rayonunda anadan olmuş, müqavilə əsasında hərbi xidmət keçən hərbi qulluqçu Andranik Araratoviç Qriqoryan öz hərbi hissəsini tərk edərək könüllü surətdə Azərbaycan tərəfinə təslim olub. Geri dön |