Ana Sayfa > Media > Bakı və rayonlarda mənzillərə mərkəzi istilik BU TARİXDƏN veriləcək
Bakı və rayonlarda mənzillərə mərkəzi istilik BU TARİXDƏN veriləcək7-10-2022, 11:13. Yazar: admen |
İstilik mövsümünün başlanılması dağ rayonlarında 1 noyabr, Bakı şəhəri və digər rayonlarda 15 noyabr tarixindən nəzərdə tutulur. "Azəristiliktəchizatı" ASC-dən AİA.Az-a verilən məlumata görə, istilik mövsümü qanunvericiliklə tənzimlənir və qurum qanunvericliyə uyğun olaraq zamanında istilik xidmətini işə salır. "Azəristiliktəchizat" ASC şirkəti Bakı şəhəri və Respublikanın digər regionlarında balansında olan 563 qazanxana və 88 istilik məntəqəsi vasitəsi ilə 3879 yaşayış binası, 180 minə yaxın mənzil, 280 məktəb,160 uşaq bağçası, 164 səhiyyə müəssiəsi və 2052 sosial və təsərrüfat obyektləri istiliklə təmin edir. Şirkət isti su təchizatı xidmətləri çərçivəsində Bakı şəhərində və 43 qazanxana vasitəsilə 3775 mənzilli 73 yaşayış binasında 16 min nəfərə yaxın sakin, 75 sosial və digər təsərrüfat obyekti isti su ilə təmin edir. Geri dön |