Ana Sayfa > Seçki 2024 > Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyi ilə bağlı YAP Daşkəsən rayon təşkilatında yığıncaqlar davam edir

Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyi ilə bağlı YAP Daşkəsən rayon təşkilatında yığıncaqlar davam edir


6-10-2022, 16:48. Yazar: sevinc1
Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyi ilə bağlı YAP Daşkəsən rayon təşkilatında yığıncaqlar davam edir

Bu gün, 06 oktyabr 2022-ci il il tarixdə 07 Nömrəli Regional Sukanal İdarəsinin Daşkəsən Sukanal sahəsi, Zağalı, Qazaxyolçular və Xoşbulaq ərazi partiya təşkilatlarında Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyi ilə bağlı yığıncaqlar və görüşlər keçirildi.

Ümumilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Yığıncaqlarda iştirak edən YAP rayon təşkilatının vəzifəli şəxsləri, YAP üzvləri,bitərəflər və ağsaqqallar çıxışlarında bildirdilər ki,Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin bütün sahələrdə sarsılmaz təməllərini müəyyən etmişdir. Eyni zamanda Ölkə Prezidentinin Ağdam şəhərində keçirilən Milli Şəhərsalma Forumundakı çıxışından irəli gələn məsələlər də ətraflı şəkildə müzakirə mövzusu oldu.

Partiyamızın yaranmasının 30 illiyi münasibətilə yuxarıda göstərilən tədbirlərin davamı olaraq onlarla gənc Yeni Azərbaycan Partiyasının Daşkəsən rayon təşkilatının qərargahına gələrək YAP sıralarına qəbul olunmaq üçün ərizə ilə müraciət etdilər.Rayon təşkilatının sədri Meydanəli Yolçiyev gənclərlə görüşərək Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan,Ölkə Prezidenti,Ali Baş Komandan,Yeni Azərbaycan Partiyasının sədri cənab ilham Əliyevin apardığı çox uğurlu daxili və xarici siyasətdən,müqəddəs torpaqlarımızın işğaldan azad olunmasından danışdı.YAP sıralarına qəbul olunmaq üçün ərizə ilə müraciət edən gəncləri bu münasibətlə təbrik etdi və gələcək fəaliyyətlərində onlara uğurlar arzuladı.

aia.az
Geri dön