Ana Sayfa > Manşet / Gündəm > Baş nazir qərar verdi -
Baş nazir qərar verdi -6-10-2022, 11:17. Yazar: sevinc1 |
Nazirlər Kabinetinin Yol hərəkəti təhlükəsizliyi Komissiyasının adı dəyişdirilib və yeni tərkibi təsdiqlənib. aia.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, komissiya Nazirlər Kabinetinin Yol hərəkətinin təşkili, tənzimlənməsi və təhlükəsizliyi üzrə Komissiyası adlandırılıb. Komissiyanın yeni tərkibi aşağıdakı kimidir: Komissiyanın sədri Şahin Mustafayev - Baş nazirin müavini Komissiyanın üzvləri: İqtisadiyyat nazirinin birinci müavini Fövqəladə hallar nazirinin birinci müavini Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Ədliyyə nazirinin müavini Maliyyə nazirinin müavini Dövlət Gömrük Komitəsi sədrinin müavini Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Nazirlər Kabineti Aparatının Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsinin müdiri Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatının rəhbəri. aia.az Geri dön |