Ana Sayfa > Karusel / Ölkə / Təhsil > Bakı Dövlət Universitetində “Elmi platformaların inkişafı üzrə yol xəritəsi: nailiyyətlər, problemlər və perspektivlər” adlı beynəlxalq elmi konfrans işə başladı.
Bakı Dövlət Universitetində “Elmi platformaların inkişafı üzrə yol xəritəsi: nailiyyətlər, problemlər və perspektivlər” adlı beynəlxalq elmi konfrans işə başladı.4-10-2022, 21:18. Yazar: sevinc1 |
AİA.Az xəbər verir ki, 4 oktyabr, 2022-ci il tarixində Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə “Elmi platformaların inkişafı üzrə yol xəritəsi: nailiyyətlər, problemlər və perspektivlər” adlı beynəlxalq elmi-praktik konfransı öz icrasına başlamışdır. Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə baş tutan beynəlxalq elmi konfrans Bakı Dövlət Universitetinin tərəfdaşlığı ilə öz icrasına başladı. Beynəlxalq elmi-praktiki konfrans açılış mərasimini Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayaraq, “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” ictimai birliyinin layihə meneceri Pərvanə Xıdırova açılış mərasimini elan etdi.Bildirdi ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin kiçik qrant müsabiqəsinin nəticələrinə əsasən, “Elmi platformaların inkişafı üzrə yol xəritəsi: nailiyyətlər, problemlər və perspektivlər” adlı layihəsi qalib seçilmişdir. Bakı Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov, elmi jurnallar üçün beynəlxalq standartlara uyğunlaşma, beynəlxalq bazaların xidmətlərindən səmərəli istifadəni təmin etmək, elmi jurnalların tədqiqat məlumatlarını yaymaq üçün müvafiq plaftormaların yaradılmasının təmin edilməsinin vacibliyini diqqətə çatdırdı. Daha sonra BDU-nun İqtisadi və sosial coğrafiya kafedrasının müdiri Çingiz İsmayılov “Elm və təhsildə davamlı inkişaf strategiyasının əsas prinsipləri” mövzusunda geniş şərh verdikdən sonra sözü Macarıstanın Pecs Universitetinin doktarantı Rima Məmmədova verdi. Rima xanım “Elmi-tədqiqat qrantlarının elmi məhsuldarlığa təsiri” adlı təqdimatını konfrans iştirakçılarının diqqətinə çatdırdı. Təqdimatdan sonra, Türkiyənin Dokuz Eylul Universitetinin professoru Ahmet Nazmi Üste “ Elmi-tədqiqat və tezislərin konseptual və nəzəri çərçivəsinin strukturlaşdırılması” ilə bağlı, Manisa Celal Bayer Universitetinin mütəxəssisi Dr.Ülviyye Sanili Aydın isə “Elmi məqalələrinin hazırlanması metodikası” mövzusunda onlayn formatda geniş çıxış etdilər. Çıxışdan sonra “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri Xəyalə Məmmədovanın “Elmin inkişafında elmmetriyanın rolu və beynəlxalq elmi jurnalların tələbləri” adlı təlimi ilə konfransın birinci gününü başa vurdular. Geri dön |