Ana Sayfa > Aia TV > Ana Vətən Partiyası xeyriyəçilik ənənələrini davam etdirir.

Ana Vətən Partiyası xeyriyəçilik ənənələrini davam etdirir.


2-06-2016, 16:26. Yazar: admin



1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Ana Vətən Partiyası Şəki uşaq evini ziyarət etmişdir.

Tədbirdə iştirak edən Ana Vətən Partiyasının fəalları uşaqları 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə təbrik edərək, onlara hədiyyələr təqdim etmişdirlər.

Tədbirin bədii hissəsində körpələr evinin uşaqlarının çəkdiyi rəsmlərə, əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Fidanların hazırladığı rəqs nömrələri, söylədikləri şer parçaları tədbir iştirakçıları tərəfindən maraq və alqışlarla qarşılanıb.

Ana Vətən Partiyasının Mətbuat Xidməti

02 iyun 2016 cı il



Geri dön