Ana Sayfa > Manşet / Ölkə > DİN-dən valideynlərə MÜRACİƏT:
DİN-dən valideynlərə MÜRACİƏT:5-10-2022, 12:02. Yazar: sevinc1 |
Daxili İşlər Nazirliyi uşaqlara qarşı kiberzorakılıqla bağlı valideynlərə müraciət edib. Nazirliyinin sosial şəbəkələrdə yaydığı müraciətdə bunlar vurğulanıb: - Virtual mühitdə diqqət edilməsi vacib olan məsələlərlə bağlı övladlarınıza məntiqli izahlar verin; - Müasir texnologiyalardan istifadəni qadağa etmək əvəzinə, düzgün istifadə etməyi aşılayın; - Sosial mediadan istifadə edərkən hesablarını nəzarətdə saxlayın və gizlilik qaydalarını öyrədin; - Virtual mühitdə qarşılaşa biləcəyi təhlükə və riskləri başa düşəcəyi dildə deyin; - Övladınıza sosial şəbəkədə hansısa bir təhdid və təhlükə ilə üzləşdikdə valideyni ilə bölüşə və polisə müraciət edə biləcəyini öyrədin. aia.az Geri dön |