Ana Sayfa > Manşet / Dünya > Putin Ukraynanın 4 regionunun Rusiyaya birləşməsi barədə müqavilələri təsdiqlədi
Putin Ukraynanın 4 regionunun Rusiyaya birləşməsi barədə müqavilələri təsdiqlədi5-10-2022, 10:48. Yazar: sevinc1 |
Rusiya Prezidenti Vladimir Putin Ukraynanın işğal altındakı Donetsk, Luqansk, Zaporojye, Xerson vilayətlərinin Rusiyaya birləşdirilməsi ilə bağlı sazişləri ratifikasiya edib. aia.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kreml məlumat yayıb. Qeyd edək ki, sentyabrın 23-27-də Ukraynanın Rusiya işğalı altında olan Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində “referendum” keçirilib. Vətəndaşlar Rusiyanın tərkibinə daxil olmağa razı olub-olmadıqları barədə suala cavab veriblər. Elan olunan nəticələrə görə “referendum”da iştirak edənlərin böyük əksəriyyəti həmin vilayətlərin Rusiyaya birləşdirilməsini dəstəkləyib. aia.az Geri dön |