Ana Sayfa > Karusel / Ölkə > Azərbaycanda 16 yaşlı qız 40 yaşlı kişiyə zorla ərə verilib?

Azərbaycanda 16 yaşlı qız 40 yaşlı kişiyə zorla ərə verilib?


5-10-2022, 10:25. Yazar: sevinc1
Azərbaycanda 16 yaşlı qız 40 yaşlı kişiyə zorla ərə verilib?

Sabirabad rayonunda yeniyetmənin babası tərəfindən zorla ərə verilməsi barədə iddia yayılıb.

Bu barədə Baku.ws-in “qaynar xətt”inə məlumat daxil olub.

İddia edilir ki, rayonun Qaraağac kənd sakini 16 yaşlı Elnarə adlı qız (şərti ad) Elnur (şərti ad) adlı 40 yaşlı kişiyə ərə verilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov bildirib ki, məsələ ilə bağlı yerli polis orqanı tərəfindən müvafiq araşdırmalar aparılır.

aia.az
Geri dön