Ana Sayfa > Siyasət / Manşet / Karusel > Dəmirtaş: "PKK danışıqlara hazırdır"

Dəmirtaş: "PKK danışıqlara hazırdır"


25-08-2015, 14:18. Yazar: admin
Dəmirtaş: "PKK danışıqlara hazırdır"
25.08.2015 13:25 Bölmə: Dünya Oxunma sayı: 150
Türkiyədəki HDP-nin lideri Səlahəddin Dəmirtaş PKK-nın müzakirələrə hazır olduğunu bəyan edib.

Aia.az türk mediasına istinadən xəbər verir ki, HDP sədri Ankarada verdiyi mətbuat konfransında Türkiyənin əməliyyatları dayandırması qarşılığında PKK danışıqları davam etdirməyə hazırdır.

"Qəndildən gələn mesajlara diqqət yetirilməlidir. Prezident Davudoğluna bir daha baş nazirlik səlahiyyətlərini verəcək. Partiyamızın mövqeyi birmənalıdır. Bizə səs verənləri seçim hökumətində təmsil etmək hakkımızdan istifadə edəcəyik. Bu AKP hökuməti deyil, yeni hökumət quruluncaya qədər müvəqqəti bir idarəçilik səlahiyyətidir. HDP seçkilərin təhlükəsizliyi baxımından bu qərarı almışdır", deyə Dəmirdaş bildirib.

Daha sonra HDP lideri partiyasına hansı nazir postlarını verilməsinin o qədər də əhəmiyyətli olmadığını bildirərək Davudoğluya səslənərək "Türkiyənin əhalisinin yarısı qadındır, quracağnız hökumətin də yarısı qadınlardan ibarət olmalıdır", deyib.
Geri dön