Ana Sayfa > İdman > "Qarabağ"ın məşhur futbolçusu qəza törətdi

"Qarabağ"ın məşhur futbolçusu qəza törətdi


2-06-2016, 11:10. Yazar: admin


"Qarabağ"ın futbolçusu Reynaldo Silva vətəni Braziliyada qəzaya düşüb.

"Report"un "Globo"ya istinadən verdiyi məlumata görə, hadisə ötən gün Aqreste ştatında baş verib.

Doğma şəhərində dincələn hücumçu şəxsi "Chevrolet Camaro" markalı avtomobili ilə hərəkətdə olarkən, motosikli vurub. Nəticədə velosipedin sürücüsünün sol ayağı qırılıb. Əməliyyat olunan şəxsin vəziyyəti sabit qiymətləndirilir.

Reynaldo hadisədən sonra zərərçəkənə köməklik göstərib və polis gələnədək gözləyib. Onun içkili olmadığı da müəyyənləşib.

Qeyd edək ki, Reynaldo "Qarabağ"da 2013-cü ilin qışından çıxış edir.

"Qarabağ"ın məşhur futbolçusu qəza törətdi
Geri dön