Ana Sayfa > Seçki 2024 > YAP Laçın rayon təşkilatının ərazi partiya təşkilatlarında silsilə tədbirlər keçirilir.

YAP Laçın rayon təşkilatının ərazi partiya təşkilatlarında silsilə tədbirlər keçirilir.


3-10-2022, 17:52. Yazar: sevinc1
YAP Laçın rayon təşkilatının ərazi partiya təşkilatlarında silsilə tədbirlər keçirilir.

AİA.Az xəbər verir ki, bu gün Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin ilk dəfə prezident seçilməsindən 29 il ötür. Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevi Prezident seçməklə dövlət müstəqilliyimizin qorunub saxlanmasına, sabitliyə və davamlı inkişafa səs vermişdir. Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, ümummilli lider və xalq məhəbbətini qazanan ulu öndər kimi qalıb. Bu gün onun siyasi kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və qalib gəlir. Məhz həmin siyasətin nəticəsidir ki, müstəqil Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir.​
Bu əlamətdar gün münasibətilə YAP Laçın rayon təşkilatının ərazi partiya təşkilatlarında silsilə tədbirlər keçirilir.​
Geri dön