Ana Sayfa > Media > Abşeronda “Gənclərin düzgün peşə və ixtisas seçiminə dəstək” mövzsusunda tədbir keçirilib
Abşeronda “Gənclərin düzgün peşə və ixtisas seçiminə dəstək” mövzsusunda tədbir keçirilib3-10-2022, 15:16. Yazar: sevinc1 |
AİA.Az xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi, Rayon Gənclər və İdman İdarəsinin və Startap layihələrə sosial-iqtisadi dəstək ictimai birliyinin birgə təşkilatçılığı ilə “Gənclərin düzgün peşə və ixtisas seçiminə dəstək” mövzsusunda tədbir keçirilib. Rayon Mədəniyyət Mərkəzində baş tutan tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə başçının müavini Gülnar Rəhimova, Rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev, Startap layihələrə sosial-iqtisadi dəstək ictimai birliyinin sədri Təranə Vəliyeva, iqtisad üzrə fəlsəfə doktoru, Azərbaycan Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru Elçin Süleymanov, psixoloq, Ahəng Psixologiya Reabilitasiya İnkişaf Mərkəzinin rəhbəri Vüsalə Əmiraslanova, Təhsil eksperti, beynəlxalq təlimçi Ramil Süleymanov, iqtisad üzrə fəlsəfə doktoru, dosent Anar Vəliyev, rayon ümumtəhsil məktəblərinin 9-11 sinif şagirdləri və müəllimlər iştirak ediblər. Tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə çıxış edən RİH başçısının müavini Gülnar Rəhimova qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin bir çox sahələrdə olduğu kimi respublikamızın sosial-iqtisadi inkişafın sürətləndirilməsi sahəsini təmin edən uğurlu islahatlar ölkəmizdə işsizliyin azalmasına, əmək bazarında sabitliyin əldə olunmasına imkan verməklə, gənclərin əmək bazarına çıxışının və məşğulluğunun artırılmasının hərtərəfli dəstəklənməsi, iqtisadiyyatın dayanıqlı inkişafında gənclərin iştirakının təmin edilməsində dövlət siyasətinin həyata keçirilməsinə şərait yaradıb. Bunun nəticəsidir ki, nəzərdə tutulan tədbirlər ölkəmizdə əmək bazarının bundan sonra da təkmilləşməsinə və genişlənməsinə, insanların innovativ, müassir texnologiyalarla zəngin iş yerləri ilə təmin olunmalarına və daha optimal şərait yaradılmasına xidmət edir. Ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin peşə seçiminə kömək məqsədilə bu cür tədbirlərin davamlı təşkilinin vacibliyini vurğulayan G.Rəhimova qeyd edib ki, gənclərin peşə və ixtisas seçimində məktəb müəllimləri ilə yanaşı valdeyinlərin və pisixoloqlarında iştirak etməsi məqəsədəmüvafiqdir. Rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev, Startap layihələrə sosial-iqtisadi dəstək ictimai birliyinin sədri Təranə Vəliyeva, iqtisad üzrə fəlsəfə doktoru, Azərbaycan Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru Elçin Süleymanov, psixoloq, Ahəng Psixologiya Reabilitasiya İnkişaf Mərkəzinin rəhbəri Vüsalə Əmiraslanova, Təhsil eksperti, beynəlxalq təlimçi Ramil Süleymanov, iqtisad üzrə fəlsəfə doktoru, dosent Anar Vəliyev və digər natiqlər çıxış edərək cəmiyyət həyatı üçün Abşeron gənclərinin doğru peşə və ixtisas seçimlərinin əhəmiyyətini vurğulayıblar. Qeyd edilib ki, hər bir gənc öz bacarığını kəşf etməli, inkişaf etdirməli və sahəsi üzrə peşəkar mütəxəssis olaraq özünü formalaşdırmalıdır. Düzgün peşə seçimi və sevdiyin işlə məşğul olmaq insanın zövqlü və rahat yaşayışının təminatıdır. Eyni zamanda cəmiyyətdə məşğulluq probleminin həll edilməsi baxımından zəruridir. Daha sonra İştirakçılara təlimçilər tərəfindən, ixtisas seçiminin aparılması meyarları, düzgün kodlaşdırma qaydaları, prosesin psixoloji aspektləri, əsas ixtisaslar və onların gələcək perspektivləri haqqında ətraflı məlumatlar verilib. Gənclər və onların müəllimləri belə tədbirlərin əhəmiyyətli olduğunu bildirib, bu tədbir vasitəsilə mövcud əmək bazarında hansı peşə və ixtisaslara tələbatın olması barədə dolğun məlumat əldə etdiklərini, bu məlumatların, verilən məsləhət və tövsiyələrin onlar üçün faydalı olduğunu vurğulayıblar. Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb. Geri dön |