Ana Sayfa > Ölkə > Bakıda özəl klinikada kişi əməliyyatdan sonra öldü
Bakıda özəl klinikada kişi əməliyyatdan sonra öldü3-10-2022, 12:43. Yazar: sevinc1 |
Bakıda özəl klinikada 46 yaşlı Bəxtiyar İsmayılov əməliyyatdan sonra ölüb. “Report”un əldə etdiyi məlumata görə, hadisə oktyabrın 2-də Yasamal rayonunda yerləşən “Real Hospital”da qeydə alınıb. Belə ki, 1976-cı il təvəllüdlü İsmayılov Bəxtiyar Ağaismayıl oğlu sentyabrın 30-da bağırsaq keçməzliyi diaqnozu ilə hospitala yerləşdirilib və əməliyyat olunub. Daha sonra o, həmin özəl klinikada dünyasını dəyişib. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır. Geri dön |