Ana Sayfa > Siyasət / Manşet / Karusel > Pakistanın tanınmış qəzeti Mehriban Əliyevadan yazdı

Pakistanın tanınmış qəzeti Mehriban Əliyevadan yazdı


25-08-2015, 14:03. Yazar: admin

“İlk dəfədir ki, xarici ölkənin birinci xanımı bu ali ordenə layiq görülmüşdür”.

Pakistanın milyonlarla oxucusu olan nüfuzlu “Daily Times” qəzetinin 25 avqust buraxılışında, qəzetin İslamabad baş ofisinin rəhbəri, tanınmış jurnalist Dure Nəcəf Zaidinin "Hilal-e-Pakistan ordeninə layiq görülmüş Mehriban Əliyeva insanlığın xidmətində" adlı məqaləsi dərc edilib.

Aia.az Heydər Əliyev Fondunun məlumatına istinadla xəbər verir ki, məqalədə qeyd olunub ki, bu ilin fevralın 11-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyeva Pakistanın “Hila-e-Pakistan” ali ordeni ilə təltif edilib.

“İlk dəfədir ki, xarici ölkənin birinci xanımı bu ali ordenə layiq görülmüşdür”, - məqalədə vurğulanıb.

Yazıda həmçinin Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil etdiyi, həmçinin mədəniyyət, təhsil və səhiyyənin inkişafı istiqamətində fəaliyyətinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Mehriban Əliyevanın Heydər Əliyev ali ordeni ilə təltif olunduğu bildirilir.

Pakistanlı jurnalist Azərbaycanın birinci xanımının Avropanın ən mötəbər mahnı müsabiqəsi olan “Eurovision-2012”nin Bakıda keçirilməsinə rəhbərlik etdiyini də yada salır.

Məqalədə Heydər Əliyev Fondu tərəfindən Pakistanın bütün bölgələrində səhiyyə, təhsil və humanitar sahələrdə bir sıra layihələrin icra edildiyini vurğulanıb.
Geri dön