Ana Sayfa > Seçki 2024 > Göygöl rayonunda Vətən müharibəsi şəhidi baş leytenant Ceyhun Niftəliyevin anım günündə xatirəsi ehtiramla yad olunub

Göygöl rayonunda Vətən müharibəsi şəhidi baş leytenant Ceyhun Niftəliyevin anım günündə xatirəsi ehtiramla yad olunub


30-09-2022, 20:54. Yazar: admen
Göygöl rayonunda Vətən müharibəsi şəhidi baş leytenant  Ceyhun Niftəliyevin anım günündə xatirəsi ehtiramla yad olunub

AİA.Az xəbər verir ki, Göygöl rayon İcra Hakimiyyətinin başçısı cənab Elvin Paşayev, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, İcra Hakimiyyətinin əməkdaşları, QƏQİB-in rayon şöbəsinin sədri Araz Abbasov və şəhidin ailə üzvləri Vətən müharibəsində xüsusi qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucalmış Ceyhun Niftəliyevin Göygöl rayon Şəhidlər Xiyabanındakı məzarını ziyarət etmişlər.

Ziyarət zamanı şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, müqəddəs ruhuna dualar oxunmuşdur. Sonra Göygöl rayon İcra Hakimiyyətinin başçısı cənab Elvin Paşayev və YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev şəhidin ailə üzvləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb. Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısından danışaraq şəhidlərimizin daim hörmətlə və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu söyləmiş, YAP Göygöl rayon təşkilatı tərəfindən hazırlanmış xatirə hədiyyəsi şəhidin ailə üzvünə təqdim olunmuşdur. Söhbət zamanı şəhidin ailə üzvləri onlara göstərilən xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Geri dön