Ana Sayfa > Siyasət / Karusel > İlham Əliyev İrana səfər edəcək

İlham Əliyev İrana səfər edəcək


30-09-2022, 15:17. Yazar: sevinc1
İlham Əliyev İrana səfər edəcək

“Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin sonuna qədər İrana səfəri planlaşdırılır”.

aia.az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi report-a müsahibəsində deyib.

Onun sözlərinə görə, İlham Əliyevin bu ilin sonuna qədər İrana səfəri hər iki ölkənin gündəliyindədir: “Bundan əlavə, İranın iqtisadiyyat nazirinin Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının iqtisadiyyat nazirlərinin toplantısında iştirak etməsi nəzərdə tutulub. Təbii ki gündəmdə başqa proqramlar da var ki, onlar təsdiqlənən kimi açıqlanacaq”.

aia.az
Geri dön