Ana Sayfa > Cəmiyyət > Balakən sakini xəstəxanada özünü doğrayıb pəncərədən atdı

Balakən sakini xəstəxanada özünü doğrayıb pəncərədən atdı


2-06-2016, 10:54. Yazar: admin



Balakən Mərkəzi Rayon Xəstəxanasında intihara cəhd olub.

Aia.az APA-ya istinadən xəbər verir ki, xəstəxananın terapiya şöbəsində müalicə alan Katex kənd sakini, 1966-cı il təvəllüdlü Zeynulla Məhəmməd oğlu Hudulov qarnına və döş qəfəsinə 30 bıçaq zərbəsi endirib, boğazını kəsib, sonra özünü xəstəxananın ikinci mərtəbəsindən atıb.

Xəstəxanadan bildirilib ki, Z. Hudulov dərhal əməliyyat edilib, vəziyyəti ağırdır.

Faktla bağlı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Geri dön