Ana Sayfa > Ölkə > Xəzər rayonunda "Zərərli vərdişlərə yox de, sağlam həyat tərzini seç" devizli sərbəst güləş idman növü üzrə turnir keçirilib

Xəzər rayonunda "Zərərli vərdişlərə yox de, sağlam həyat tərzini seç" devizli sərbəst güləş idman növü üzrə turnir keçirilib


29-09-2022, 20:45. Yazar: admen
Xəzər rayonunda "Zərərli vərdişlərə yox de, sağlam həyat tərzini seç" devizli sərbəst güləş idman növü üzrə turnir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komitəsi və "Azərbaycan Televiziyası və Radio Verlişləri' QSC birgə "Tədbirlər Planı"na uyğun olaraq Xəzər Rayon Gənclər və İdman İdarəsi və YAP Xəzər Rayon Təşkilatının birgə təşkilatçılığı ilə turnir keçirilib.

AIA.Az xəbər verir ki, tədbirdə Xəzər Rayon İcra Hakimiyyəti Başçısının l müavini Elşən Qurbanov, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdir müavini Zakiyyə Musayeva, Dövlət Komitəsinin rəhbərinin müavini Tanrıverdi Aydınov, Xəzər RİH şöbə müdiri Gülbala Qurbanov və Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev çıxış edərək bildirmişlər ki, gənclər arasında narkomaniya ilə bağlı mübarizə tədbirləri daha da gücləndirilməlidir. Kütləvi idman tədbirlərinin keçirilməsinin məqsədi də məhz bundan ibarətdir.
Maraqlı mübarizə şəraitində keçən turnir çox böyük həvəslə davam etmişdir. Turnirin sonunda müxtəlif çəki dərəcələri üzrə l, ll, lll Yer və fəal iştirakçılar mükafatlandırılıb.
Geri dön