Ana Sayfa > Təhsil > Milli həmrəylik Azərbaycan xalqının təbii güc mənbəyidir
Milli həmrəylik Azərbaycan xalqının təbii güc mənbəyidir29-09-2022, 14:45. Yazar: sevinc1 |
Dövlət başçısı və birinci xanımın Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr Anım Gününə həsr olunmuş xatirə lövhəsini ziyarət etmələri və həmin yerdə çıxış etməsinin mühüm əhəmiyyətini qeyd etmək olar. “Azərbaycan xalqı bütün gücünü səfərbər edib, yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu”. Bunu Prezident İlham Əliyev Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr-Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önündə çıxışı zamanı deyib: “Bu gün Azərbaycanda Anım Günüdür. Bütün Azərbaycan xalqı şəhidlərimizin əziz xatirəsini yad edir. Allah bütün şəhidlərimizə rəhmət etsin. Şəhidlərimiz Vətən, torpaq uğrunda öz canlarını fəda etdilər. Şəhidlərimizin şərəfinə, əziz xatirələrinə Qaraxanbəyli kəndinin yaxınlığında ucaldılmış bu abidənin öz rəmzi mənası var, bura müharibənin ilk günüdə azad olmuş və ilk şəhid verilən kəndlərimizdəndir. Azərbaycan əsgəri və zabiti öz canını Vətən yolunda fəda edirək, xalqımızın əyilən qəddin düzlətdi, başını dikəltdi, bizi əbədi olaraq öz doğma torpaqlarımıza qaytardı. Bu Azərbaycan əsgərinin qəhrəmanlıq dastanı idi. Ölkə başçısı ilk şəhid verdiyimiz, müqəddəs missiya və haqq işi uğrunda mübarizəyə bağladığımız yerdə, şəhidlərimizin əziz xatirəsini yad etməklə yanaşı, bütün xalqımıza çağırış etdi, hər birimizin üzərinə bir məsuliyyət qoydu: “Bir daha hər birimiz özünə söz verməlidir, vəd verməlidir, and içməlidir ki, biz müstəqilliyimizin keşiyində əbədi duracağıq, biz ərazi bütövlüyümüzün keşiyində əbədi duracağıq. Şərəfli missiya bu gün yaşayan nəslin üzərinə düşüb. Xoşbəxt nəsilik ki, biz bu tarixi hadisənin həm şahidləriyik, həm də iştirakçılarıyıq. Bizdən sonra gələn nəsillər həmişə bu şanlı tarixlə fəxr edəcəklər. Fəxr edirik ki, döyüş meydanında öz haqqımızı bərpa etdik, düşməni məğlub etdik və bundan sonra biz müzəffər xalq kimi, qalib ölkə kimi əbədi yaşayacağıq. Ümumilikdə Müzəffər Ali Baş Komandanın işğaldan azad edilmiş torpaqlara hər səfəri tarixə çevrilərək mühüm addımların atılması ilə yadda qalır. Böyük Qayıdışın tamamilə reallaşacağı, bu torpaqlarda yeni həyatın başlanacağı gün uzaqda deyil. Nəzakət Əsgərova, Humanitar fənlər təmayüllü məktəb-liseyin direktoru aia.az Geri dön |