Ana Sayfa > Gündəm > Ermənilərin Kəlbəcərdə basdırdıqları daha 259 mina zərərsizləşdirildi

Ermənilərin Kəlbəcərdə basdırdıqları daha 259 mina zərərsizləşdirildi


28-09-2022, 15:26. Yazar: sevinc1
Ermənilərin Kəlbəcərdə basdırdıqları daha 259 mina zərərsizləşdirildi

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı diversiya qruplarının minaladıqları ərazilərin və təminat yollarının Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən təmizlənməsi prosesi davam edir.

Müdafiə Nazirliyindən aia.az-a verilən məlumata görə, Kəlbəcər rayonunun Alagöllər ərazisində aşkar edilən növbəti 259 ədəd piyada əleyhinə PMN-Э tipli mina təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Sentyabrın 28-dək Kəlbəcər rayonunun Alagöllər ərazisi ümumilikdə 543 ədəd piyada əleyhinə PMN-Э və 8 ədəd tank əleyhinə TM-62M minasından təmizlənib.

aia.az
Geri dön