Ana Sayfa > Ölkə > Ötən il cinayət törədən 6305 gənc saxlanıldı

Ötən il cinayət törədən 6305 gənc saxlanıldı


28-09-2022, 14:09. Yazar: sevinc1
Ötən il cinayət törədən 6305 gənc saxlanıldı

2021-ci ildә 21206 nәfәr cinayәt törәtmiş şәxs aşkar olunub, onların da 6305 nәfәri vә ya 29,7 faizi 14-29 yaşda olanlardır.

aia.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi tərəfindən hazırlanan "Azərbaycan gəncləri" statistik məcmuəsində qeyd edilib.

Bildirilib ki, 14-29 yaşda olan gәnclәrin cinayətlərinin 42,5 faizi ictimai tәhlükәsizlik vә ictimai qayda әleyhinә, 28,7 faizi iqtisadi sahәdә, 26,0 faizi şәxsiyyәt әleyhinә, 2,8 faizi isә digәr sahәlәrdә törәdilib.

AİA.AZ
Geri dön