Ana Sayfa > Ölkə > Dəhşətli qəzada ölən tələbə şöbə rəisinin oğlu imiş

Dəhşətli qəzada ölən tələbə şöbə rəisinin oğlu imiş


28-09-2022, 09:56. Yazar: sevinc1
Dəhşətli qəzada ölən tələbə şöbə rəisinin oğlu imiş

Bir neçə gün əvvəl Bakıda baş vermiş dəhşətli yol qəzasında həlak olan Elvin Əzizli vəzifəli şəxsin oğlu imiş.

aia.az xəbər verir ki, E.Əzizlinin atası Şahin Əzizov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mil-Muğan Regional şöbəsinin rəisidir.

Bu barədə rəsmi qəzetdə Dövlət Əmək Müfəttişliyi Xidmətnin rəhbərliyi və kollektivi Ş.Əzizova başsağlığı veriblər.

Qeyd edək ki, E.Əzizli Dövlət Gömrük Komitəsinin Akademiyasının 2-ci kurs tələbəsi idi.

aia.az
Geri dön