Ana Sayfa > Dünya > Rusiya ilə sərhəd bağlanacaq? - Gürcüstan DİN-dən AÇIQLAMA
Rusiya ilə sərhəd bağlanacaq? - Gürcüstan DİN-dən AÇIQLAMA27-09-2022, 14:00. Yazar: admen |
Gürcüstanın Rusiya ilə sərhədi bağlaması üçün heç bir səbəb yoxdur. AİA.Az APA-ya istinadən bildirir ki, bunu Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri jurnalistlərə açıqlamasında deyib. Bununla belə, o sərhəd-keçid məntəqəsində nəzarət tədbirlərinin gücləndirildiyini qeyd edib. Nazir müxalifətin 200 mindən çox rusiyalının Gürcüstana daxil olması ilə bağlı məlumatlarının doğru olmadığını vurğulayıb. Onun sözlərinə görə, son günlərdə Rusiya-Gürcüstan sərhədini gündəlik 10 min nəfər keçir və bu sentyabrın 21-dən öncəki göstərici ilə müqayisədə 40-45% çoxdur. Qomelauri Gürcüstana gələn rusiyalıların təxminən 60%-nin artıq ölkəni tərk etdiyini deyib. Qeyd edək ki, Gürcüstanın müxalif "Aqmaşenebeli Strategiyası" partiyası müharibə başladıqdan sonra təxminən 200 min rusiyalının Gürcüstana gəldiyini və artıq ölkə əhalisinin 10%-ni təşkil etdiyini açıqlayıb. Partiya ölkə rəhbərliyinə Rusiya vətəndaşlarına viza rejiminin tətbiq edilməsinə çağırış edib. AİA.Az Geri dön |