Ana Sayfa > İdman > "Ola bilsin ki, supermarketdə menecer olacağam"

"Ola bilsin ki, supermarketdə menecer olacağam"


27-09-2022, 10:27. Yazar: admen
"Ola bilsin ki, supermarketdə menecer olacağam"

Niderland millisinin keçmiş futbolçusu Aryen Robben gələcək planlarından danışıb.

AİA.Az oxu.az-a istinadən bildirir ki, hazırda o, böyük oğlunun oynadığı Xroninqenin "Bee Cake U-15" komandasını çalışdırır.

"Hələlik buranı bəyənirəm və düşünürəm ki, bu kifayətdir. Mən iddialı deyiləm. Bəlkə beş ildən sonra siz məni baş məşqçi və ya texniki direktor kimi görəcəksiniz, ya da ola bilsin ki, supermarketdə menecer olacağam", - deyə Robben "De Telegraaf"-a müsahibəsində bildirib.

AİA.Az


Geri dön