Ana Sayfa > Dünya > Rusiya ordusu Ukraynada aeroportu vurdu

Rusiya ordusu Ukraynada aeroportu vurdu


27-09-2022, 10:01. Yazar: admen
Rusiya ordusu Ukraynada aeroportu vurdu

Rusiya ordusu Ukraynanın Krivoy Roq şəhərindəki aeroporta hava zərbəsi endirib.

AİA.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Dnepropetrovsk şəhərinin hərbi administrasiyasının rəhbəri Valentin Rezniçenko Tvitterdə bildirib.


Administrasiya rəhbəri qeyd edib ki, hava limanına X-59 raketləri ilə zərbə endirilib. Hava limanının infrastrukturu dağılıb. Aerodrom və avadanlıqlar istifadəyə yaramır.

Hava hücumu zamanı insan tələfatı olmayıb.

AİA.Az


Geri dön