Ana Sayfa > Seçki 2024 > Şəhid Ramil Yusifzadənin xatirəsinə həsr olunmuş "Tarix yazan, tarixə sığmayan şəhidlər" adlı tədbir keçirilib

Şəhid Ramil Yusifzadənin xatirəsinə həsr olunmuş "Tarix yazan, tarixə sığmayan şəhidlər" adlı tədbir keçirilib


26-09-2022, 20:27. Yazar: admen
Şəhid Ramil Yusifzadənin xatirəsinə həsr olunmuş "Tarix yazan, tarixə sığmayan şəhidlər" adlı tədbir keçirilib

Vətən Müharibəsi Şəhidi Ramil Yusifzadənin xatirəsinə həsr olunmuş "Tarix yazan, tarixə sığmayan şəhidlər" adlı tədbir keçirilib.

AİA.Az xəbər verir ki, 26 sentyabr tarixində Xəzər Gənclər Evində Xəzər Rayon Gənclər və İdman İdarəsi və 8 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dəstəyi ilə şəhidlərin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, 8 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Təranə Aslanova, şəhidin anası Reyhan Yusifova, HHQ ehtiyatda olan Mayor Buzanov Andrey, psixoloq Aygün Maniyeva və dərnək rəhbərləri iştirak ediblər.

156 saylı tam orta məktəbin şagirdləri tədbirdə işdirak edib, şeirlər demişlər

Tədbirdə çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuzun düşmən üzərində qazandığı parlaq Qələbənin əhəmiyyətindən, Vətən müharibəsində Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıq və şücaətindən danışıblar.
Geri dön