Ana Sayfa > Ölkə > 27 sentyabr Anım Günü ilə əlaqədar Gədəbəy rayonunda tədbir keçirilib

27 sentyabr Anım Günü ilə əlaqədar Gədəbəy rayonunda tədbir keçirilib


26-09-2022, 20:06. Yazar: admen
27 sentyabr Anım Günü ilə əlaqədar Gədəbəy rayonunda tədbir keçirilib

26 sentyabr 2022-ci il tarixdə 27 sentyabr “Anım günü” nün qeyd olunması ilə bağlı YAP Gədəbəy rayon təşkilatı, Şəmkir Regional Mədəniyyət idarəsinin Gədəbəy rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 27 sentyabr Anım Günü ilə əlaqədar Gədəbəy rayon Mədəniyyət evində tədbir keçirildi.

Tədbir Azərbaycan Respublikasının Dövət Himni ilə açıq elan edilib və Şəhidlərimiz 1 dəqiqəlik sükutla yad edildi.

AİA.Az xəbər verir ki, tədbirdə ilk olaraq, Mədəniyyət Mərkəzinin direktoru Elmira Hacıyeva çıxış edərək bildirib ki, bu gün Azərbaycanın Vətən müharibəsinə başlamasından 2 il ötür. O qeyd edib ki, Azərbaycan Ordusu döyüşlərin ilk günündən düşmən üzərində böyük üstünlük qazanıb və haqq savaşında qalib olub.

Tədbir zamanı 44 günlük Vətən müharibəsi və qazanılan möhtəşəm Zəfərin gələcək nəsillər üçün də əbədi sevinc mənbəyi olacağını bildirən YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev qeyd etmişdir ki: “Tarixin ən şərəfli səhifəsi – İkinci Qarabağ müharibəsi” Azərbaycan xalqının Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin və rəşadətli Ordumuzun qəhrəmanlığı ilə otuz ilə yaxın müddətdə Ermənistan ordusunun işğalı altında olan torpaqlarımız azad edilərək, dövrümüzün rəşadət, igidlik və şücaət salnaməsinə çevrilmişdir.

Bu zəfəri şanlı tariximizə qanları ilə yazan şəhid və qazilərimiz daim minnətdarlıqla xatırlanaraq, ölməzlik rəmzi kimi həyat durduqca yaşayacaqlar.
Tədbirdə qazilər və müharibə iştirakçıları keçdikləri döyüş yolundan söhbət açdılar.Sonra tədbirdə məktəblilərin hazırladıqları kompazisiya təqdim edildi.Tədbir "27 sentyabr-Qələbəyə doğru" sənədli filmin nümayişi ilə başa çatdı.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Geri dön