Ana Sayfa > İqtisadiyyat > "Brent" markalı neftin qiyməti 84 dollardan aşağı düşüb

"Brent" markalı neftin qiyməti 84 dollardan aşağı düşüb


26-09-2022, 17:30. Yazar: admen
"Brent" markalı neftin qiyməti 84 dollardan aşağı düşüb

Dünya birjalarında "Brent" markalı neftin qiyməti 84 dollardan aşağı düşüb.

AİA.AZ-ın məlumatına görə, bu göstərici bu il yanvarın 14-dən sonra qeydə alınan ən ucuz qiymət olub.

Londonun "ICE Futures" birjasında neftin noyabr fyuçersləri 83,85 dollar ətrafında alınıb satılır. Ötən həftəsonu ilə müqayisədə qiymətlərdə 2,67 faiz azalma qeydə alınıb.

Eyni zamanda, WTI markalı neftin noyabr fyuçersləri 77,88 dollaradək ucuzlaşıb.

Xatırladaq ki, ötən həftə ərzində "Brent" markalı neftin qiymətində 1,5 faiz, WTI markalı neftin qiymətində 1,4 faiz ucuzlaşma qeydə alınmışdı.
Geri dön