Ana Sayfa > Ölkə > AZAL Moskva-Bakı biletlərinin maksimal dəyərini açıqladı

AZAL Moskva-Bakı biletlərinin maksimal dəyərini açıqladı


26-09-2022, 16:40. Yazar: admen
AZAL Moskva-Bakı biletlərinin maksimal dəyərini açıqladı

AZAL Moskva-Bakı biletlərinin maksimal dəyərini açıqlayıb.

Bu barədə AZAL-dan bildirilib.

"Rusiyadan Azərbaycana reyslərə tələbatın artması, habelə aviabiletlərin dəyərinə dair yaranan suallarla əlaqədar olaraq bildiririk ki, "Azərbaycan Hava Yolları" aviaşirkəti tərəfindən Moskva-Bakı marşrutu üzrə təklif olunan aviabiletlərin xidmət sinifləri maksimal dəyəri:

- ekonom sinif - 409 avro;
- biznes sinif - 769 avro;
- "VIP Club" tarifi - 869 avro.

AZAL-la yanaşı, Rusiyadan Azərbaycana Rusiyanın "Aeroflot", "Rossiya", "Utair", "Azimuth" və digər aviaşirkətləri də reyslər yerinə yetirir. Hər bir aviaşirkət öz qiymət siyasətini müstəqil şəkildə formalaşdırır.

Qeyd edək ki, aviabiletlərin qiymətləri birbaşa reysə olan tələbatdan, təyyarədə qalan yerlərdən, alış tarixindən, uçuş mövsümdən və bir sıra digər kriteriyalardan asılıdır", məlumatda deyilir.

AİA.Az
Geri dön