Ana Sayfa > Ölkə > Qəbələ RLS-də faciəvi hadisə - Ölən var

Qəbələ RLS-də faciəvi hadisə - Ölən var


26-09-2022, 14:52. Yazar: admen
Qəbələ RLS-də faciəvi hadisə - Ölən var

Qəbələ Radiolokasiya Stansiyasında ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

AİA.Az "Qafqazinfo"ya istinadən bildirir ki, rayonun Soltannuxa kəndində yerləşən hərbi təyinatlı obyektdə mühzafizəçi, 1981-ci il təvəllüdlü Sərvan Hüsyen oğlu Balasoltanovu cərəyan vurub. O, hadisə yerində vəfat edib.

Ölən şəxsin Qəbələ Rayon Mühafizə Şöbəsinin mülki işçisi olduğu bildirilir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

AİA.Az
Geri dön