Ana Sayfa > İdman > “Neftçi”nin baş məşqçisi ilə arvadının əlbəyaxa dava görüntüləri yayıldı
“Neftçi”nin baş məşqçisi ilə arvadının əlbəyaxa dava görüntüləri yayıldı26-09-2022, 11:28. Yazar: admen |
Milli komandalara görə yaranan fasilədən istifadə edərək ölkəsi Rumıniyaya yollanan "Neftçi"nin baş məşqçisi Laurentsiu Reghekampfın başına iş gəlib. AİA.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, keçmiş həyat yoldaşı Ana Maria Prodanla aralarında yaranan problemə görə polisə düşüb. Bu barədə Rumıniya mətbuatı məlumat yayıb. Bildirilir ki, Reghekampf içkili halda keçmiş həyat yoldaşı ilə mübahisə edib. Daha sonra Ana Maria Prodanın şikaytindən sonra o, polis bölməsinə aparılıb. 5 saat bölmədə qalan Laurentsiu cərimə olunduqdan sonra sərbəst buraxılıb. Prodan isə yenidən Reghekampfdan uşaqlarını döydüyü iddiası ilə şikayət verib. Rumıniya mətbuatına cütlüyün küçədə əlbəyaxa dava etməsi ilə bağlı görüntüləri yayılıb. AİA.Az Geri dön |