Ana Sayfa > Seçki 2024 > Sərhədçilərimiz erməni diversantların quraşdırdığı partlayıcını zərərsizləşdirdi

Sərhədçilərimiz erməni diversantların quraşdırdığı partlayıcını zərərsizləşdirdi


25-09-2022, 14:16. Yazar: admen
Sərhədçilərimiz erməni diversantların quraşdırdığı partlayıcını zərərsizləşdirdi

Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbçiləri erməni diversantlar tərəfindən quraşdırılmış partlayıcı qurğu aşkar edərək zərərsizləşdiriblər.

AİA.Az xəbər verir ki, bu barədə caliber.az-a Dövlət Sərhəd Xidmətindən bildirilib.

Ermənistanla Azərbaycanın şərti sərhədində aşkarlanan partlayıcının əldəqayırma üsulla hazırlanaraq 152 mm-lik mərmiyə doldurulduğu qeyd edilir. Onun çəkisi 55 kq-dan çox olub.

Mərmi çoxlu sayda canlı qüvvə və texnikanı məhv etmək üçün nəzərdə tutulub.
Geri dön